Xəzər Xəbər

İyulun 1-dən taksilərə tətbiq ediləcək qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? VİDEO

Veb TV | 21:20 • 29 İyun 2024
İyulun 1-dən taksilərə tətbiq ediləcək qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq?

Yaxın günlərdə avtomobil bazarında canlanma gözlənilir...

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyir ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.

Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.

Ekspert bildirir ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.

Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti