Xəzər Xəbər

Xırdalanda 200 ailə 8 ildir mənzillərinə liftsiz çıxıb - düşürlər VİDEO

Veb TV | 20:50 • 29 İyun 2024
Xırdalanda 200 ailə 8 ildir mənzillərinə liftsiz çıxıb - düşürlər

8 ildir bina tikilərək sakinlərə təhvil verilib, ancaq bu günədək lift quraşdırılmayıb...

Söhbət Xırdalan şəhər AAAf Park yaşayış kompleksindəki binalardan birindən gedir.

Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, binanın tikintisinə 2011-ci ildən başlanılıb və 2016-cı ildə  təhvil verilib. Ancaq lift olmadığından 7 mərtəbəli binaya sakinlər piyada çıxıb-düşürlər.

Sakinlərin sözlərinə görə, binada şaxtalar qoyulub, lakin liftin quraşdırılması həyata keçirilməyib. İndi lift üçün nəzərdə tutulan şaxtalar zibilliyə çevrildiyindən ətrafa pis qoxu yayılır.

Problemlə bağlı suallarımıza cavab tapmaq üçün AAAF Park yaşayış kompleksinin ofisinə üz tutduq. Rəhbərlik yerində olmasa da, şifahi olaraq bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar və problemin həlli istiqamətində qısa müddətdə ciddi addımlar atılacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti