Xəzər Xəbər

“Qarabağı birlikdə quraq" adlı tədbirdən MÜHÜM ÇAĞIRIŞLAR VİDEO

Veb TV | 22:50 • 28 İyun 2024
“Qarabağı birlikdə quraq" adlı tədbirdən MÜHÜM ÇAĞIRIŞLAR

Qarabag və Şərqi Zəngəzur ərazsində istehsal olunan məhsullara  yerli bazarda və xüsusi ilə dövlət satınalmalarında xüsusi yanaşma  olacaq.

Xezerxeber.az xəbər verir ki, hazırda bu istiqamətdə təhlillər həyata keçirilir. Bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə   iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin  İdarə Heyətinin sədri Seymur Adıgözəlov qeyd edib ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük xidməti, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlər tərəfindən tikinti-quraşdırma işləri sürətlə davam etdirilir, bəzilərində hazırlıq işləri artıq son mərhələdədir, yaxın vaxtlarda bir neçə müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının əhəmiyyətinə diqqət çəkib.

Tədbirdə digər çıxış edənlər də azad olunmuş ərazilərimizdə biznes üçün güzəştlər, azadolmalar və digər dəstək tədbirləri barədə məlumat veriblər. Eyni zamanda bölgədə gedən abadlıq quruculuq işləri də iştirakçıların diqqətinə çatdırılıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti