Xəzər Xəbər

Şuşa və Laçına insan axını DAVAM EDİR VİDEO

Veb TV | 23:00 • 28 İyun 2024
Şuşa və Laçına insan axını DAVAM EDİR

Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayı artıb.

Xezerxeber.az xəbər verir ki, ötən il dekabrın 27-dən bu il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Elə biz də rahat şəkildə portalda qeyddiyyatdan keçib, öz avtomobilimizlə üz

27 apreldən etibarən vətəndaşlara fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşanla yanaşı, Laçın şəhərinə də səfər etmək imkanı verilib. Statistik göstəricilərə görə, bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı 42 670 nəfər olub.

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində isə Laçına səfərlərin sayı kəskin artıb. Belə ki, Laçına 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib.

Bura səyahət edənlərə 2 gün qalmaq icazəsi də verilir. Statistik rəqəmlərə görə, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Laçına səfər edənlərin 709 nəfəri hotellərində qonaqlayıb.

Bildirildi ki, Laçına gələndə, əvvəlcədən gecələmək üçün yer müəyyənləşdirmək lazımdır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar