Xəzər Xəbər

Qızıl bazarında qiymətlərdə dəyişiklik varmı? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:35 • 28 İyun 2024
Qızıl bazarında qiymətlərdə dəyişiklik varmı? – ARAŞDIRMA

Qızılın qiyməti enib.

Xezerxeber.az-ın xəbərinə görə, qızıl satışı ilə məşğul olanlar bildirirlər ki, qiymətlərdə 10 faizə yaxın ucuzlaşma var.

Satıcıların sözlərinə görə, qiymətlərin enməsi ilə bərabər, alıcı azlığı da müşahidə edilir. Bunu isə bir neçə ay əvvəl qızılın qiymətinin pik həddə çatması, eləcə də qarşıdan gələn məhərrəmlik ayı ilə əlaqələndirirlər.

Qızılın alış qiymətində də enmə müşahidə edilir.

Onların sözünə görə, bir  neçə ay əvvəl 77-80 manata alınan qızıl, indi təxminən 70 manata qəbul edilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar