Xəzər Xəbər

MİQ-də ibtidai sinif müəlliminin imtahanda topladığı balı düzgün hesablanmayıb ? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:33 • 27 İyun 2024
MİQ-də ibtidai sinif müəlliminin imtahanda topladığı balı düzgün hesablanmayıb ? – RƏSMİ CAVAB

Beyləqan rayon sakini Sənanə İsmayılova bir neçə gün əvvəl müəllimlərin sertifikasiya imtahanında iştirak edib.

Xezerxeber.az xəbər verir ki, imtahan rayonun 2 saylı orta məktəbində təşkil edilib. O, iddia edir ki, imtahan zaman işıq bir necə dəfə sönüb yanıb. Bu səbəbdən də imtahanda yaxşı nəticə əldə edə bilməyib.

10 ilə yaxındır ki, orta məktəbdə ibtidai sinif müəllimi işləyən Sənanə İsmayılova imtahan zamanı üzləşiyi problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini ancaq heç bir nəticə əldə edə bilmədiyini deyir. Müəllimin iddiasına görə onun düzgün cavablarını səhv cavab kimi qeydə alıblar. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, İsmayılova Sənanə Cəlil qızı 8 iyun tarixində təkrar sertifikatlaşdırmada iştirak edib.

İmtahanın nəticəsinə görə, müəllim müvafiq keçid balını toplaya bilməyib. İmtahanda neçə suala düz, neçə suala səhv cavab verməsi ilə bağlı məlumatlar bütün namizədlər kimi həmin müəllimin də şəxsi kabinetinə göndərilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar