Xəzər Xəbər

Gecə Bakıda baş verən güllələnmə hadisəsinin BƏZİ DETALLARI VİDEO

Veb TV | 21:05 • 27 İyun 2024
Gecə Bakıda baş verən güllələnmə hadisəsinin BƏZİ DETALLARI

Həmkəndlilər arasında paytaxda düşən mübahisə silahlı insidentlə başa çatıb.

Xezerxeber.az xəbər verir ki, bir nəfər güllələnərək qətlə yetirilib. Hadisə ötən axşam Nərimanov rayonu Ağa Nemətulla küçəsində insanların sıx olduğu yerdə baş verib. 24 yaşlı Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq qrupu gəlib, araşdırmalara başlanıb.

Qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri də yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o mülki geyimli polis əməliyyatçıları tərəfindən tutulub.

O da bildirilir ki, güllələnərək qətlə yetirilən Tural Kosayev və hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyev həmkəndli olublar. Hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir. Şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl silahı çıxararaq Turala atəş açıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam  davam edir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar