Xəzər Xəbər

Binəqədidə zibil qutularının qoyulması kecikdi, ətraf üfunətə çevirildi VİDEO

Veb TV | 21:45 • 26 İyun 2024
Binəqədidə zibil qutularının qoyulması kecikdi, ətraf üfunətə çevirildi

Əraziyə atılan müxtəlif məişət tullantıları, heyvan qalıqları və üfunət...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsindəndir. Sakinlərin sözlərinə görə artıq 15 günə yaxındır ki, bu mənzərə ilə üz-üzə qalıblar.

Zibil qalıqlarından gələn üfunət insanlar üçün ciddi narahatlığa çevrilib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məişət tullantılarını daşıyan müvafiq texnikada nasazlıq yarandığı üçün daşınma ilə bağlı gecikmə yaranıb. Hazırda nasazlığın aradan qaldırılması üçün işlər aparılır, qısa müddət ərzində təmizlik işləri həyata keçiriləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar