Xəzər Xəbər

Sabunçu sakinləri 15 ildir su sarıdan əziyyət çəkdiyini deyir – ŞİKAYƏT VİDEO

Veb TV | 21:40 • 26 İyun 2024
Sabunçu sakinləri 15 ildir su sarıdan əziyyət çəkdiyini deyir – ŞİKAYƏT

Paytaxtın Sabunçu rayonunda yaşayan bir qrup sakin yay aylarında suya hwsrwt qalıb.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Elşən Mehdiyev küçəsindən gedir. Sakinlər onların yaşadıqları əraziyə vaxtlı-vaxtında su verilmədiyini iddia edirlər.

Sakinlər yaşadıqları əraziyə su xəttinin çəkilməsini və evlərinin sayğacla təmin olunmasını istəyirlər. Onlar deyir ki, suyu maşınla almaq məcburiyyətində qalırlar.

Məsələ bağlı  Dövlət Su Ehtiyatları Agentliyindən bildirilidi ki, həmin ərazi yeni salınan yaşayış massivi olduğu üçün su xətləri vətəndaşlar tərəfindən fərdi qaydada çəkilib.Ərazidə sonralar məskunlanşma çoxaldığına görə, eyni zamanda yay aylarında içməli sudan suvarma suyu kimi istifadə olunduğu üçün ucqar nöqtədə yerləşən evlərin su təchizatında problemlər yaranır.

Qeyd edilib ki, sözügedən küçədə su çənlərinin doldurulması üçün gecə saatlarında suyun verilməsi təmin olunur.

Vurğulanıb ki, ərazidə dayanıqlı su təchizatının aparılması üçün sabunçu su kanal idarəsinə əlavə tədbirlərin görülməsi üçün tapşırıq verilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti