Xəzər Xəbər

Qeyri-sabit hava Azərbaycanda daxili turları AZALTDI VİDEO

Veb TV | 21:25 • 26 İyun 2024
Qeyri-sabit hava Azərbaycanda daxili turları AZALTDI

Havanın qeyri-sabit keçməsi ilə əlaqədar daxili turlar azalıb.

Xezerxeber.az-ın xəbərinə görə, turizm ekspertləri deyir ki, daxili səfərlərlə maraqlanan müştərilər havanın qəfil dəyişimisindən ehtiyat edərək demək olar ki, uzaq tarixlərə olan turlarla maraqlanmırlar.

Ekspertlər qeyd edib ki, havanın mövsümə uyğun olmaması turizm sektoruna ciddi zərər vurur. Bu vəziyyətdə turistlər həm vaxt, həm də maddi baxımdan ziyana düşür. Lakin tur tarixləri öncədən rezervasiya olunduğundan təkcə turistlər yox, daxili tur şirkətləri də zərər görür.

Onlar hesab edir ki, hava belə davam edərsə, mövsümün sonuna olan sifarişlər də ciddi şəkildə azalacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti