Xəzər Xəbər

Bosfor boğazında keçid qiymətlərinin artırılması Azərbaycana gələn yüklərin dəyərinə TƏSİR EDƏCƏK? VİDEO

Veb TV | 21:45 • 25 İyun 2024
Bosfor boğazında keçid qiymətlərinin artırılması Azərbaycana gələn yüklərin dəyərinə TƏSİR EDƏCƏK?

Gələn ayın 1-dən Bosfor boğazından keçən gəmilərin tranzit  qiyməti  15% artırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.

Belə ki, İyulun əvvəlindən ödənişlər 5,07 dollar təşkil edəcək.Bu isə  2022-ci illə müqayisədə yığımları 6.3 dəfə artıracaq.

İqtisadçı ekspert deyir ki, xaricdən Azərbaycana  bir sıra məhsulların gətirilməsi üçün Türkiyə boğazlarından istifadə olunur. Buna görədə yeni qərar

Azərbaycana gələn yüklərin qiymətinə də təsir edəcək.

Türkiyənin bu qərarı ilə bağlı daşıyıcı şirkətlərə əvvəlcədən məlumarlar göndərilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti