Xəzər Xəbər

Havanın temperaturu YENİDƏN DƏYİŞİR VİDEO

Veb TV | 21:10 • 25 İyun 2024
Havanın temperaturu YENİDƏN DƏYİŞİR

Havanın temperatur 5-9 dərəcə aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Xəzər Xəbər"-ə verilən məlumata görə, iyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq.

Rayonlara gəldikdə isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qurumdan o da bildirilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar