Xəzər Xəbər

Şabranda qətllə nəticələnən səs-küylü oğurluğun TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:05 • 24 İyun 2024
Şabranda qətllə nəticələnən səs-küylü oğurluğun TƏFƏRRÜATLARI

Hücum edən şəxslər ev sahibini yaralayıb, onun həyat yoldaşını isə öldürüblər.

Xezerxeber.az xəbər verir ki, Şabranda fərdi yaşayış evlərindən birinə basqın olub.  "Üç sotlar" adlanan yeni yaşayış massivində evə naməlum şəxslər girib.

Hadisə zamanı evdə yalnız ər və həyat yoldaşı olub. Qətlə yetirilən Gülnarə Hüseynova müəllim işləyib. Həyat yoldaşı Arif Hüseynov isə məişət avadanlıqlarının təmiri ustasıdır.

Yaxınlarının sözlərinə görə, evə basqın oğurluq məqsədi ilə edilib.

Hadisə nəticəsində xəsarət alan Arif Hüseynov Şabran Mərkəzi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ağır yaralanan Arif Hüseynov sonradan Bakıdakı xəstəxanalardan birinə göndərilsə də, dünyasını dəyişib.

Cinayət baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 41 yaşlı Elçin Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış işləri davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti