Xəzər Xəbər

“Dəmiryolçular binası” sakinlərinin isti suyu kəsildi – BORC QALMAQALI VİDEO

Veb TV | 20:55 • 24 İyun 2024
“Dəmiryolçular binası” sakinlərinin isti suyu kəsildi – BORC QALMAQALI

Bəzi sakinlərin ödəniş etməməsi səbəbindən 1 aydan artıqdır ki, binaya isti su verilmir.

Xezerxeber.az xəbər verir ki, söhbət Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən "Dəmiryolçular binası"ndan gedir.

Sakinlərin sözlərinə görə, binada 60 ailə yaşayır və onların əksəriyyəti illərdir isti su üçün kommunal xərci ödəməkdən imtina edir. Bu səbəbdən borcu olmayan sakinlər də isti su ilə təmin edilmir.  Sakinlərin istəyi borcu olmayan ailələrə isti suyun verilməsidir.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət etdiklərini, lakin müsbət cavab almadıqlarını deyirlər.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, bina sakinlərinin əksəriyyəti borcu ödəməkdən yayınır. Yalnız borcu olmayanlara isti su verilməsi isə texniki cəhətdən mümkün deyil.

Qurumdan o da bildirildi ki, istixana xidməti ümumi fəaliyyət göstərir deyə, yenidən istifadəyə verilməsi üçün xərclər ödənilməlidir. Bunun üçün də sakinlərin heç olmasa yarısı ödənişi etməlidir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar