Xəzər Xəbər

Cinayətkar ailəsini önə verərək 3 polis əməkdaşını qətlə yetirib - Hadisənin detalları bilindi VİDEO

Veb TV | 20:25 • 24 İyun 2024
Cinayətkar ailəsini önə verərək 3 polis əməkdaşını qətlə yetirib - Hadisənin detalları bilindi

Xəbər verdiyimiz kimi, silahlı cinayətkar saxlanılarkən ailə üzvlərini önə verərək polis əməkdaşlarını qətlə yetirib.

Üç polis əməkdaşının və bir mülki şəxsin öldüyü dəhşətli cinayət paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

Axtarışda olan əvvələr də dəfələrlə məhkum edilmiş 38 yaşlı Rövşən Allahverdiyevin yaşadığı evdə olması barədə polisə məlumat daxil olub. Dərhal  polis əməkdaşları onu saxlamaq üçün həmin məkana gediblər. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa cəhd edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisə yerindən Rövşən Allahverdiyevin cinayətdə istifadə etdiyi   "Lancaster" markalı ov silahı aşkar edilərək götürülüb.

Ərazi istintaq qrupu və ekspertlər tərəfindən müayinə edilib. Meyitlər məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Qeyd edək ki, hadisə zamanı ölənlər, polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Məlumatlara görə, Mahir Ağayev nişanlı olub, onun yaxın günlərdə toyu olacaqmış. Hadisə zamanı ölən digər mülki şəxsin kimliyi isə hələki açıqlanmayıb.

Üç uşaq atası olan Rövşən Allahverdiyevin cinayəti qonşuları da təəccübləndirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti