Xəzər Xəbər

Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO

Veb TV | 22:05 • 23 İyun 2024
Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir

İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev...

Xezerxeber.az xəbər verir ki, italiyalı partizanların "Serafino" ləqəbi ilə çağırdığı Tahir İsayev 1922-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açıb.

O, 1942-ci ildə müharibədə yaralanaraq əsir düşür. Lakin böyük əziyyətlərlə ölüm düşərgəsindən qaça bilir. Yolda kömür daşıyan vaqonda gizlənərək, qatarın sovet torpaqlarına doğru yola çıxdığını zənn edir. Lakin qatar tahir isayevi əks tərəfə, italiyaya aparıb. İtaliyada o, Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə qoşularaq döyüşüb. Şücaətlərinə görə xalqın qəhrəmanına çevrilib. Sonralar İtaliyanın Milli Qəhrəmanı olur və Milanın fəxri vətəndaşı adına layiq görülür.

Tahir İsayev Qazax rayonunda bu evdə yaşayıb. 2001-ci ildə Tahir İsayev dünyasını dəyişdikdən sonra ev muzeyə çevrilib. Lakin bu gün bura daxil olanda görünən mənzərə muzeyi deyil, tərk edilən bir xarabalığı xatırladır. Uçmaq təhlükəsi ilə üz-üzə qalan divarlar, quş yuvaları, yağış sularına təslim olan sınıq-salxaq tavan insanda vahimə yaradır.

Ev muzeyində "Serafino" ləqəbli Tahir Musayevin məşəqqətli həyatını, keçdiyi döyüş yollarını əks etdirən, fotolar, həmçinin şəxsi əşyaları da yer alır. Hazırda toz basmış ekspanatların çoxu yararsız haldadır.

Ev muzeyinin həyətindəki ağaclar, Tahir İsayevin dünyanın dörd bir yanından gətirib öz əlləri ilə əkdiyi dekorativ güllər də yağış sularının ümidinə qalıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ev daşınmaz tarix-mədəniyyət abidələrinin reyesterinə daxil deyil. Buna baxmayaraq, həmin tikili reyesterə daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi sənədləşmə işləri həyata keçirilir. Dövlət mühafizəsinə götürüldükdən sonra bərpası imkanları nəzərdən keçiriləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar