Xəzər Xəbər

Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO

Veb TV | 23:00 • 23 İyun 2024
Yeni pulsuz çimərliklər istifadəyə verildi

Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız ərazilərdə yaradılan pulsuz ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib.

Xezerxeber.az xəbər verir ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib.

İstifadəyə verilən ictimai çimərliklərdə necə deyərlərlər "iynə atsan yerə düşmür". Vətəndaşlar yaradılan şəraitdən razı olduqlarını bildirirlər.

IDEA İctimai Birliyinin nümunəvi ictimai çimərlikləri cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar