Xəzər Xəbər

Ekspress avtobusları sərnişinləri Hava Limanına 50 qəpik əvəzinə 1.30-a NİYƏ APARIR? VİDEO

Veb TV | 21:25 • 23 İyun 2024
Ekspress avtobusları sərnişinləri Hava Limanına 50 qəpik əvəzinə 1.30-a NİYƏ APARIR?

Sərnişinlər Bakı Dəmiryolu Vağzalından Hava Limanına müntəzəm sərnişin daşıyan ekspres avtobuslarda gedişhaqlarının yüksək olduğunu düşünürlər.

Xezerxeber.az xəbər verir ki, sözügedən ekspress avtobuslar ilk və son dayanacaqları daxil, cəmi 4 ünvanda dayanırlar. Ödəniş “BakıKart”la qəbul edilir və məsafədən asılı olmayaraq hər bir sərnişin 1.30 qəpik ödəməlidir. Baxmayaraq ki, Bakı Dəmiryolu Vağzalından, Hava Limanına olan məsafə heç 30 km deyil.

Avtobus sürücüləri isə tam əskini düşünərək deyir ki, bu qədər 05komfortlu və müasir avtobuslarda gedişhaqları əksinə, aşağıdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, burada qanunsuz heç nə yoxdur. Nazirlər Kabinetininq qaydalarına və Tarif Şurasının qərarına əsasən, "28 May" metrostansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı haddi 1 manat 30 qəpik tesdiq edilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar