Xəzər Xəbər

Mənzil bazarında yeni canlanmanın SƏBƏBİ BİLİNDİ VİDEO

Veb TV | 20:55 • 23 İyun 2024
Mənzil bazarında yeni canlanmanın SƏBƏBİ BİLİNDİ

Paytaxtın mənzil bazarında canlanma müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, buna səbəb yay dövründə banklarda dövlət xətti ilə ipoteka kreditlərinin verilməsi üçün sərbəst vəsaitlərin formalaşmasıdır.

Əmlak Eksperti Firdovsi Xəlilov deyir ki, bazarda bir müddət durğunluq yaşansa da, ev almaq istəyən vətəndaşlar yenidən mənzil axtarışına başlayıblar.

Onun sözlərinə görə, canlanma əsasən təkrar mənzil bazarında daha çox hiss olunacaq. İkinci əl mənzil bazarında 10 faizə qədər bahlaşmanın olacağı gözlənilir.

Əmlak eksperti qeyd edib ki, Bakının mərkəzi hissələrindən ipoteka krediti ilə ev almaq yenə çətin olacaq. O, mənzillərin nisbətən ucuz qiymətə satıldığı əraziləri də açıqlayıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar