Xəzər Xəbər

Əlverişsiz hava bölgələrə ziyan vurmaqda DAVAM EDİR VİDEO

Veb TV | 20:45 • 23 İyun 2024
Əlverişsiz hava bölgələrə ziyan vurmaqda DAVAM EDİR

Şimal-qərb rayonlarının ərazisində güclü külək əsib, qısa müddətli leysan yağıb və dolu düşüb.

Xezerxeber.az xəbər verir ki, güclü külək, leysan və dolu daha çox Zaqatala rayonunda özünü büruzə verib. Rayonun Makov, Muğanlı, Lahıc, Çobankol, Qımır, Yeni Suvagil və Gözbaraq  kəndləri istiqamətində iri gövdəli ağaclar aşıb, ağacların budaqları qırılıb. Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində irigövdəli ağaclar avtomobil yoluna aşıb. Güclü külək bir çox ərazidə elektrik dirəklərini də aşırıb. Gecə saatlarından rayonun ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Rayonun bir çox kəndlərinin ərazisinə 10 dəqiqə ərzində dolu yağıb. Dolu daha çox rayonun Çobankol, Qımır, Gözbarax və Yeni Suvagil kəndlərinə düşüb. Güclü külək Çobankol kəndində bir evin dam örtüyünü uçurub, bir-neçə evin dam örtüyünü qəzalı vəziyyətə salıb, mal tövlələrinin çardağını dağıdıb.

Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub. Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun rayonun  Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində bir müddət fasilə yanıb.  Rayonlarının müvafiq idarə və təşkilat nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində gecə saatlarından işlər aparır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar