Xəzər Xəbər

Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO

Veb TV | 21:30 • 22 İyun 2024
Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ

Bir vaxtlar insan əlindən yer olmazdı, indi nə gələn var, nə gedən...

Xezerxeber.az xəbər verir ki, söhbət Cəlilabad rayonunun Qamışlıgöl kəndi ərazisində yerləşən göldən gedir.

Rayonun cənub-qərbində, Buravar sıra dağlarının ətəyində yerləşən Qamışgöl kəndi əsrlərdir zəli gölü ilə məhşurdur. Bir vaxtlar revmatik ağrılardan, qan təzyiqindən və müxtəlif xəstəliklərdən əziyyət çəkənlər bura axın edirdilər. Lakin son dövrlər maraq kəskin azalıb. Bunun səbəblərindən biri də gölün demək olar ki, baxımsız vəziyyətdə olmasıdır.

Kənd sakinləri iddia edirlər ki, baxımsızlıq ucbatından zəli gölünə marağın azalması bəzi işbazlar üçün fürsətə çevrilib. Onların sözlərinə görə, 2 ildir ətraf rayonlardan maraqlı şəxslər müxtəlif  formalarda zəliləri kütləvi şəkildə ovlayırlar.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Cəlilabad rayon Qamışgöl kəndi ərazisində yerləşən göldə tibb zəlisinin  ovlanması müraciəti araşdırılacaq və məsələ nəzarətdə saxlanılacaq. Əgər məsələ ilə bağlı hər hansı fakt aşkarlanarsa, qanunamüvafiq tədbirlər görüləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar