Xəzər Xəbər

Azərbaycanda hansı çaylardan sel keçib? – AÇIQLAMA VİDEO

Veb TV | 21:25 • 22 İyun 2024
Azərbaycanda hansı çaylardan sel keçib? – AÇIQLAMA

İntensiv yağıntılarla əlaqədar Azərbaycanda çaylardan sel keçir.

Xezerxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti sel səbəbilə vətəndaşlara xəbərdarlıq edib.

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib. Bəzi çaylarda isə hazırda da bu davam edir.

Aidiyyəti qurum vətəndaşlara çayların sahilindən uzaqda, eyni zamanda təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyini də açıqlayıb.

Qeyd olunub ki, bəzi bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti