Xəzər Xəbər

Bakıda fəsadlara səbəb olan yağıntı ilə bağlı RƏSMİ AÇIQLAMA VİDEO

Veb TV | 21:18 • 22 İyun 2024
Bakıda fəsadlara səbəb olan yağıntı ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhər saatlarında yağan yağış Bakıda da fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, görüntülər "Qış Parkı"nın ətrafında qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, yayın ilk günlərində "Qış park"ı sözün əsl mənasında ömrünün qış dövrünü yaşayıb. Maraqlıdır ki, paytaxta yağış yağan kimi, şəhərin məhz bu ərazisi sular toplanır.

Bu gün səhər saatlarında yağan yağış ərazidəki iaşə oyektlərinə dolub.

Ərazidə yaşayan sakinlər parkın ətrafına yeni yol çəklən zamanı bir neçə kollektorun asfalt qatının altında qaldığını iddia edirlər. Onların iddiasına görə, məhz bu səbəbdən yağmurlu havalarda bu vəziyyət yaranır.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən mövqe "Xəzər Xəbər"ə bildirilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti