Xəzər Xəbər

Dələduzlar "Azərpoçt"un adından saxta linklər göndərir – XƏBƏRDARLIQ VİDEO

Veb TV | 21:05 • 22 İyun 2024
Dələduzlar "Azərpoçt"un adından saxta linklər göndərir – XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən online satış platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.

Xezerxeber.az xəbər verir ki, satış platformalarında elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta "Azərpoçt" keçidi təqdim olunur. Qeyd olunan keçiddə isə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək xüsusi bölmələr yer alır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, kiberdələduzlar saxta nömərələrdən istifadə etməklə bu üsula əl ataraq vətəndaşın kart və digər şəxsi məlumatlarını əldə edirlər. Onlar bu yolla həm də vətəndaşların nağd vəsaitlərini ələ keçirə bilirlər.

Nurlan Əliyev bildirib ki, vətəndaşa göndərilən linkə keçid etdikdə, artıq kiberdələduzların aldatma prosesi başlayır. Vətəndaşlar kiberdələduzların qurbanı olmamaları üçün qabaqlayıcı addımlar atmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti