Xəzər Xəbər

Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfərin xilas anının GÖRÜNTÜLƏRİ

Veb TV | 18:51 • 22 İyun 2024
Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfərin xilas anının

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xezerxeber.az Nazirliyə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Xəbər lenti

Çox oxunanlar