Xəzər Xəbər

Hava limanı-Mərdəkan-Zuğulba avtomobil yolu piyadalara ÖLÜM TƏHLÜKƏSİ SAÇIR VİDEO

Veb TV | 21:50 • 21 İyun 2024
Hava limanı-Mərdəkan-Zuğulba avtomobil yolu piyadalara ÖLÜM TƏHLÜKƏSİ SAÇIR

Hava limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun Zuğulba yolu 37 ünvanında piyada keçidiylə bağlı problem yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirdilər ki, piyada keçidinə çatmaq üçün azı 15 dəqiqə piyada yol qət etməlidirlər.

Bildirildi ki, dəfələrlə aidiyyatı orqanlara müraciət olunub.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"ə açıqlama verib.

Tural Orucov bildirdi ki, piyadaların təhlükəsizliyi baxımından bu ərazidə nizamlanmayan piyada keçidinin təşkili məqsədəuyğun deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti