Xəzər Xəbər

COP29 ilə bağlı Bakıda aparılan işlər memarlıq abidələri olan binalara ZİYAN VURUB? VİDEO

Veb TV | 21:50 • 20 İyun 2024
COP29 ilə bağlı Bakıda aparılan işlər memarlıq abidələri olan binalara ZİYAN VURUB?

COP29 ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işləri həyata keçirilir.

Xezerxeber.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası işləri görülür. Memarlıq abidələrində aparılan abadlıq işləri aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir

Nazirliyin şöbə müdiri Aynur Kərimova bildirib ki, həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə işçi qrup yaradılıb.

Qeyd edilib ki, uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur. Təmir-bərpa işləri tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar