Xəzər Xəbər

Son günlər yağan yağış Muğanlı-İsmayıllı yolunda çökmələr YARATDI VİDEO

Veb TV | 21:35 • 20 İyun 2024
Son günlər yağan yağış Muğanlı-İsmayıllı yolunda çökmələr YARATDI

İş gedən yolda yük avtomobillərinin hərəkəti yolu bərbad vəziyyətə salır.. Bundan əziyyət çəkən isə minik maşınlarının sürücüləri olur...

Xezerxeber.az xəbər verir ki, söhbət Muğanlı-İsmayıllı-Qəbələ yolundan gedir.

Yolda yenidən qurma işləri ilə əlaqədar yükdaşımalar aparılır. Bu səbəbdən çökmələr əmələ gəlir. Yağıntılı havalarda isə hərəkət xeyli çətinləşir. Bu problemi daha çox minik maşınlarının sürücüləri yaşayır.

Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismar İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

Yağış səbəbində yolda dərə-təpələr əmələ gəlir. Buna baxmayarq iş gedən yollarda İdarə tərəfindən hər gün ərazi hamarlanır. Lakin yük maşınları mütamadi hərəkətdə olduğundan  çökmələr yenidən yaranır. Ərazidə işlər yekunlaşandan sonra problem də aradan qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti