Xəzər Xəbər

Bakıda COP29-a hazırlıq məqsədilə panel iclas keçirildi VİDEO

Veb TV | 21:00 • 20 İyun 2024
Bakıda COP29-a hazırlıq məqsədilə panel iclas keçirildi

"Azərbaycanın kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi - temperaturun dəyişməsi, yağıntıların norması və ekstremal hava hadisələrinin sayının artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşib".

Xezerxeber.az xəbər verir ki, bunu "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının panel müzakirələrində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

"Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu, Azərbaycan üçün də vacibdir. Bütün fermerlər yanaşmalarını dəyişməlidirlər", - deyə Kənd təsərrüfatı nazirinin müavini bildirib.

"Azərbaycan özünün ərzaq və onun idarə edilməsi təcrübəsi ilə nümunə ola bilər". Bu fikirləri isə panel çıxışında Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç deyib.  

Qeyd edək ki, bu gün 4 panel iclasında iqlim dəyişikliyində elm, texnologiya və innovasiyalarin rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar