Xəzər Xəbər

Metronun yay rejiminə keçməsinə vətəndaşlardan MÜNASİBƏT VİDEO

Veb TV | 21:33 • 19 İyun 2024
Metronun yay rejiminə keçməsinə vətəndaşlardan MÜNASİBƏT

Bakı metrosunun yay qrafikinə keçməsi ilə əlaqədar qatarlar arasında tətbiq edilən interval artırılır.

Xezerxeber.az xəbər verir ki, iyun ayının 20-dən etibarən yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların artmasına səbəb olacaq.

Hər iş günü ərzində Həzi Aslanov və əks istiqamətdə hərəkət edən qatarlar arasında interval 2 dəqiqə 50 saniyə, sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru isə  qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan axşam 9-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək. Vətəndaşlar isə bildirirlər ki, qatarlar arasında intervalın artması metrodan istifadə edən sərnişinlərin sıxlığına səbəb olacaq.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,  qatarların hərəkətində sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar