Xəzər Xəbər

Sel Şəkiyə ciddi ziyan vurdu VİDEO

Veb TV | 21:23 • 19 İyun 2024
Sel Şəkiyə ciddi ziyan vurdu

Dünən axşam yağan şiddətli leysan şəkinin oxud kəndində fəsadsız ötüşməyib.

Xezerxeber.az xəbər verir ki, görüntülər Şəkinin Oxud kəndindəndir. Yollar dağılıb, həyətləri lil örtüb, evlərin zirzəmilərinə, köməkçi tikililərə sel suları dolub. Dünən axşam saat 21 radələrində başlayan leysan yağışları və dağlardan gələn sellər kənd yollarını dağıdıb.

Kənd sakinləri öz imkanları hesabına fəsadları aradan qaldırmağa çalışırlar.

Şəki rayon İcra Hakimiyyətinin Oxud kənd inzibati ərazisi üzrə nümayəndəliyindən sorğumuza cavab olaraq bildirildi ki, təbii fəlakətlə əlaqədar bu gün səhər saat 7 radələrindən başlayaraq ərazilərə baxış keçirilib.

Aydiyyatı qrumlar xəbərdar edilib, vəziyyətlə əlaqədar Yol Tikinti İdarəsinin ağır texnikaları da cəlb olunmaqla kənddə 2 km dən çox yolların bərpa olunması işləri həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti