Xəzər Xəbər

Bakıda çimərlikdə baş verən ağır cinayətin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:15 • 19 İyun 2024
Bakıda çimərlikdə baş verən ağır cinayətin TƏFƏRRÜATLARI

Dəniz kənarında baş verən mübahisə qətlə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət gecə saat 03:00-radələrində paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində dəniz kənarında baş verib. 27 yaşlı Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal istintaq qrupu hadisənin baş verdiyi ünvana gəlib. Şahidlərin sözlərinə görə, hadisə çimərlikdən çıxan 4 nəfər arasında mübahisə zamanı olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti