Xəzər Xəbər

Bölgələrdə suda boğulma hadisələri YAŞANDI VİDEO

Veb TV | 21:05 • 19 İyun 2024
Bölgələrdə suda boğulma hadisələri YAŞANDI

Cəlilabad rayonunda 2 nəfər suda boğulub.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Hamaraqışlaq kəndindəki bənddə baş verib. Kənd sakinləri 16 yaşlı Nihad Aşurov və 20 yaşlı İbrahim Həsənov suda çimərkən batıblar.

Hadisə yerinə hüquq mühafizə orqanlarının eləcə də digər qurumların əməkdaşları çağırlıb. Hər iki şəxsin cansız bədəni sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada da boğulma hadisəsi baş verib. Belə ki, Bakıdan doğma evinə istirahətə gələn Balakən rayonu Talalar kənd sakini 19 yaşlı Ülfət əliyev Katex çayının Zaqatala rayonundan keçən hissəsində çayda çimərkən boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti