Xəzər Xəbər

Rayonlara səfər edən sürücülərə XƏBƏRDARLIQ - Avtomobilin bu detalına mütləq baxdırın VİDEO

Veb TV | 20:50 • 19 İyun 2024
Rayonlara səfər edən sürücülərə XƏBƏRDARLIQ - Avtomobilin bu detalına mütləq baxdırın

Son günlər magistral yollarda nasazlıq səbəbindən qalan avtomobillərə tez-tez rast gəlinir.

Xezerxeber.az xəbər verir ki, havalar isinən kimi əsasən də daxili yanma mühərrikli avtomobillərdə belə nasazlıqlar çox olur.

Ustalar hesab edir ki, benzin mühərrikli avtomobillərin sürücünü yolda qoymasına əsas səbəblərindən biri yanacaq nasosunun düzgün işləməməsidir.

Usta Sahil Ağabəyli deyir ki, avtomobillərin nasosunun tez sıradan çıxmasına səbəb olan amillərdən biri də yanacağın çəndə az olmasıdır.

Usta onu da bildirdi ki, sürücülər uzaq yola çıxarkən yanacaq nasosuna və avtomobilin su qovucusuna (''pompa'')sına nəzarət etsələr, isti hava səbəbindən yolda qalmazlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar