Xəzər Xəbər

Ata övladına görə lazım olan peyvəndləri niyə sosial şəbəkələrdə ELAN EDİB? - TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:50 • 18 İyun 2024
Ata övladına görə lazım olan peyvəndləri niyə sosial şəbəkələrdə ELAN EDİB? - TƏFƏRRÜAT

Övladını əməliyyat etdirmək istəyən ata lazım olan peyvəndləri tapa bilmədiyini iddia edir.

Xezerxeber.az-ın xəbərinə görə, Abdullah Abdullayev deyir ki, övladı 7 yaşlı Cərullah Abdullayev uzun müddətdir ki, qan parçalanması xəstəlikdən əziyyət çəkir. Uşağın vəziyyəti pisləşdiyinə görə əməliyyat olunmalıdır. Onun iddiasına görə, övladı üçün əməliyyat öncəsi lazım olan peyvəndləri tapmaqda çətinliklə üzləşib.

Abdullah Abdullayevin sözlərinə görə, o yalnız peyvəndlərdən birini pulsuz ala bilib. Digər peyvəndlərin pulunu isə çətinliklə toplayıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, ölkəmizdə peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir və uşaqlar arasında immunoprofilaktika müvafiq olaraq "Profilaktik peyvəndlər təqvimi"nə əsasən aparılır. TƏBİB tabeli tibb müəssisələrində peyvəndlər mövcuddur və bu peyvəndlər ödənişsiz əsaslarla tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar