Xəzər Xəbər

Yasamalda avtomobil velosiped zolağında hərəkət edərək təhlükəli şərait yaradıb VİDEO

Veb TV | 21:40 • 18 İyun 2024
Yasamalda avtomobil velosiped zolağında hərəkət edərək təhlükəli şərait yaradıb

Avtomobil velosipedlər üçün nəzərdə tutulmuş  xüsusi zolaqda hərəkət edir.

Görüntüləri tamaşaçılarımızdan biri çəkərək “Xəzər Xəbər”in qaynar xəttinə göndərib. Bildirib ki, Yasamal rayonu Mirzəağa Əliyev küçəsində avtomobilin sürücüsü  yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq  velosiped zolağında maşını idarə edir.

Son vaxtlar velosipedlərin sərbəst hərəkətini təmin etmək məqsədilə  bir çox küçə və prospektlərdə zolaqlar çəkilir. Hətta bu yol ilə hərəkət edən şəxsi avtomobillərə cərimələr tətbiq edilib. Amma bəzi sürücülər deyir ki, mövcud zolaqlar onlar üçün çətinlik yaradır .

Məsələ ilə bağlı  Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbərə" bildirildi ki,  velosipedlərin  istifadəsinə verilmiş zolaqlarda şəxsi avtomobillərin hərəkəti yolverilməzdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar