Xəzər Xəbər

Restoranlara və geyimə 1 ayda 700 milyon manat xərcləndi – Vətəndaş NƏ DEYİR? VİDEO

Veb TV | 21:28 • 18 İyun 2024
Restoranlara və geyimə 1 ayda 700 milyon manat xərcləndi – Vətəndaş NƏ DEYİR?

Azərbaycanda restoranlara və  geyimə 1 ay ərazində 700 milyon manatdan çox  vəsait xərclənib.

Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu dövr ərzində 187 milyon manat restoranlara, 540 milyon manatdan çox vəsait isə  geyimə xərclənib. May ayında restoranda xərclənən pulun həcmi ötən ilin may ayı ilə müqayisədə 7.5% çoxdur.

Geyimə xərclənən  göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə  isə 5% artıqdır.

Xezerxeber.az-ın xəbərinə görə, paytaxt  sakinləri yemək bir yana, çay və ya kofe içməyin  də artıq kifayət qədər sanballı hesab tələb etdiyini deyirlər. Həmçinin vətəndaşlar eyni yeməyə görə fərqli məkanlarda fərqli qiymət təklif olunmasını da deyirlər.

Geyimə isə daha çox ehtiyac yarandığı halda pul xərclədiklərini bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar