Xəzər Xəbər

Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA VİDEO

Veb TV | 21:21 • 18 İyun 2024
Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

Üç gündür tətilə əlaqədar bağlanan bir neçə küçə və prospektdə işlər sürətlə aparılır.

Xezerxeber.az-ın xəbərinə görə, bura paytaxtın Səbail rayonu Mehdi Hüseyn küçəsidir. Şəhərin əsas işlək küçələrindən olan bu ərazidə ayın 15-dən yol nəqliyyatın hərəkətinə bağlanıb.

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən köhnə asfalt qatı, qaşınaraq kənara daşınıb.

Təmir işləri Parlament prospektində də aparılır. Burada da təmirlə əlaqədar əvvəlcə su xətləri yenilənir.

Teymur Elçin, Cəfərov qardaşları küçələrində Mixail Lermontov küçəsinədək olan hissələr də təmir işlərinə aparılır.

Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar