Xəzər Xəbər

Fransaya XƏBƏRDARLIQ: “Ermənistanı silahla təmin etməyin arxasında başqa məqsədlər dayanır” VİDEO

Veb TV | 21:07 • 18 İyun 2024
Fransaya XƏBƏRDARLIQ: “Ermənistanı silahla təmin etməyin arxasında başqa məqsədlər dayanır”

Fransa Ermənistanı məqsədli şəkilədə silahlandırmağa davam edir…Ermənistanın müdafiə nazirinin fransaya işgüzar səfəri çərçivəsində  "sezar" özüyeriyən artillerriya qurğularının alınması ilə bağlı müqavilə imzalanıb.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Elxan Şıxalıyev deyir ki,  Fransanın əsas məqsədlərindən biri regionda öz maraqları naminə yeni münaqişə ocağı alovlandırmaqdır.

O, qeyd edib ki Fransa Ermənsitandakı revanşist qüvvələri ümidləndirmək üçün belə təhlükəli addımlar atır.

Fransanın öz istehsalı olan və  3-4 milyon avroya satılan silahın hansı şərtlərlə ermənistana veriləcəyi  tam açıqlanmayıb.

Hərbi ekspert deyir ki,  hazırda dünyanın 10 ölkəsində olan özüyeriyən haubitsanın 155 mm artilleriya mərmiləri ilə atəş məsafəsi 44 kilometrdən 55 kilometrə qədərdir.

Ekspert bildirir ki, Fransa Azərbaycan tərəfindən sıradan çıxarılan Ermənistan ordusunu yeniləməyə çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti