Xəzər Xəbər

Ucarda bağlı qalan rayon avtovağzalı NƏ VAXT İŞLƏYƏCƏK? VIDEO

Veb TV | 20:45 • 18 İyun 2024
Ucarda bağlı qalan rayon avtovağzalı NƏ VAXT İŞLƏYƏCƏK?

Bir vaxtlar regionun ən böyük avtovazalı idi, sonradan bir hissəsi söküldü, digər hissəsi isə bom-boş qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, Ucar sakinləri illərdir ki, avtovağzalsız qalıb.

Rayon ərazisində yerləşən avtovağzal uzun illərdir ki, fəaliyyətini dayandırıb. Bu da sakinlərin işini  çətinə salıb. Belə ki, avtovağzal işləmədiyindən sakinlər lazımi ünvana getmək üçün məcbur olub yol kənarında maşın gözləməli olurlar.

Məcburiyyət qarşısında qalan sürücülər də avtovağzaldan 300 metr aralıdakı magistral yolun kənarından dayanacaq kimi istifadə edirlər. Bu zaman  sürücülər  qaydaları pozduğundan cərimə edilirlər.

Məsələ ilə bağlı aiddiyatı qurum AYNA-ya müraciət etdik. Qurumdan məsələnin araşdırılıb cavab veriləcəyi  bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar