Xəzər Xəbər

Bina evlərinin isidilməsində YENİLİK VİDEO

Veb TV | 21:47 • 17 İyun 2024
Bina evlərinin isidilməsində YENİLİK

Azərbaycanda binaların elektrik enerjisi səmərəliliyinin artırılması üçün bir sıra texniki normativ sənədlər hazırlanır.

Xezerxeber.az xəbər verir ki, binalarla bağlı pasportlaşdırma, eyni zamanda enerji resurslarından səmərəli istifadəyə dair yeni planlar həyata keçiriləcək.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, enerji auditinin aparılması, enerji effektivliyi fondunun yaradılması, eləcə də İSO-51 standartının tətbiqi nəzərdə tutulur.

Nazirlik rəsmisi deyir ki, enerji səmərəliliyinin artması ilə enerji resurslarına qənaət ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar