Xəzər Xəbər

Tovuzda 1000-ə yaxın sakin mavi qaza həsrətdir VİDEO

Veb TV | 21:35 • 17 İyun 2024
Tovuzda 1000-ə yaxın sakin mavi qaza həsrətdir

Qaz xəttinin çəkilməsinə əvvəlcə sevindilər sonra isə məyus oldular... Belə ki, aparılan işlər yarımçıq qalıb...

Xezerxeber.az-ın xəbərinə görə, mövcud vəziyyət Tovuzun Aşağı Quşçu kəndində Qaradaş adlanan yeni yaşayış massivində hökm sürür.

Azəriqaz ASC-nin təsdiq etdiyi layihəyə əsasən, podratçı şirkət kənd ərazisində bu ilin fevral ayından qaz xəttinin çəkilişinə başlayıb. Lakin bir müddətdən sonra görülən işlər dayandırılıb.

Kənd sakinlər işlərin yarımçıq qaldığını görüb indidən qış üçün narahatlıq keçirirlər. Mavi yanacaq olmayanda sakinlərin xərcləri artır.

Azəriqaz ASC-dən məsələ ilə bağlı bildirildi ki, kənddə işin müəyyən hissəsi artıq icra olunub. Xırda ləngimələrin əsas səbəbi isə təchizat məsələsindəki problemlərdir ki, bu istiqamətdə də işlər gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar