Xəzər Xəbər

Sabirabadda qurunt suları insanların gediş-gəlişini ÇƏTİNLƏŞDİRİR VİDEO

Veb TV | 22:00 • 17 İyun 2024
Sabirabadda qurunt suları insanların gediş-gəlişini ÇƏTİNLƏŞDİRİR

Hər gün hərəkət etdikləri yolu su basdığından, kənd sakinlərinin hərəkətində çətinliklər yaranıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabirabadın Qaragüney kəndi ərazisindəndir.

Sakinlərin hər gün istifadə etdikləri kənd daxili yol qurunt sularının əhatəsində qalıb. Bunun da, nəticəsində həmin yolla piyadaların eləcə də, minik avtomobillərinin hərəkəti məhdudlaşıb. Sakinlər qeyd edirlər ki, artıq onlar bir müddətdir ki, başqa alternativ yollardan istifadə etmək qərarına gəliblər.

Hətta, qurunt suları bəzi sakinlərin həyətyanı sahələrinə də yığılıb.

Sakinlərin sözlərinə görə, bu il yağıntıların çox olması və qurunt su daşıyıcı kollektorların qarşısının ayrı-ayrı vətəndaşlar tərəfindən bağlanılması vəziyyəti bu həddə çatdırıb.

Vətəndaşların üzləşdiyi problemlə bağlı Qaragüney kənd İcra Nümayəndəliyindən şifahi olaraq bildirildi ki, ötən il həmin su basmış yola nümayəndəlik və bələdiyyə tərəfindən qrabil və çınqıl tökülərək yolda sakinlərin rahat hərəkəti təmin edilib.

Yola paralel olaraq qurunt sularının axıdılması üçün istifadə olunan kollektorun qarşısı ayrı-ayrı vətəndaşlar tərəfindən bilərək doldurulur. Bu səbəbdən qurunt suları yola axaraq sakinlərin hərəkətinə çətinlik yaradır.

Lakin buna baxmayaraq qısa zamanda həmin ərazilər təmizlənərək qurunt sularının ərazidən çəkilməsi təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti