Xəzər Xəbər

Cavanşir körpüsündə işlər NECƏ GEDİR? VİDEO

Veb TV | 20:45 • 17 İyun 2024
Cavanşir körpüsündə işlər NECƏ GEDİR?

Mərkəzdəki körpünün söküntüsü yekunlaşır.

Xezerxeber.az xəbər verir ki, istismar müddəti bitdiyinə görə, nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilmiş Cavanşir körpüsünün söküntüsü xüsusi texnikalarla həyata keçirilir.

İş icraçılarından öyrəndik ki, körpünün dəmir-beton konstruksiyaları artıq sökülüb. Ərazi tullantılardan tam təmizlənib. 

Hazırda yeni yol layihəsinin ilkin işləri  görülür. Havaların yağmursuz keçməsi isə  layihənin vaxtından əvvəl yekunlaşacağından xəbər verir.

Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti