Xəzər Xəbər

Qurban kəsimindən yığılıb qalan dərilərin aqibəti NECƏ OLUR? VİDEO

Veb TV | 20:40 • 17 İyun 2024
Qurban kəsimindən yığılıb qalan dərilərin aqibəti NECƏ OLUR?

Ölkənin müxtəlif yerlərində bayramla əlaqədar yüzlərlə, bəlkə də minlərlə qurban kəsilir.

Xezerxeber.az xəbər verir ki, kəsilmiş heyvanların dəriləri isə ya atılır, ya da satılır. Satıcılar arasında əvvəlki illərlə müqayisədə dəriyə olan tələbatın artdığını deyənlər də var, azaldığını deyənlər də.

Dəri satıldıqda isə qiyməti satıcı yox alıcı tərəfindən müəyyən edilir. Buna səbəb kimi isə kəsim məntəqələrində tullantı dərilərin çox olduğu göstərilir.

Bəs bu dərilərdən harada və necə istifadə olunur?

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, həmin dərilərdən müəyyən sahələrdə istifadə olunsa da, keyfiyyəti yüksək deyil. Xammalın keyfiyyətsiz olması isə bir başa malın keyfiyyətinə təsir edir.

Ekspert bildirib ki, sözügedən dərilərin keyfiyyətli halda aşılanması və istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan müasir avadanlıqlar bizdə olmadığından bu sahə ilə az adam məşğul olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar