Xəzər Xəbər

Azərbaycanda “Son Zəng” QEYD OLUNDU VİDEO

Veb TV | 21:09 • 14 İyun 2024
Azərbaycanda “Son Zəng” QEYD OLUNDU

Mahnı oxudular, rəqs etdilər, şeirlər səsləndirib, bir birlərinə olan arzularını dilə gətirdilər...

Xezerxeber.az xəbər verir ki,11-cilər məktəblə belə vidalaşdılar. Onlar üçün məktəbin zəngi son dəfə çalındı.

Məzunlarla bərabər valideynləri və yaxınları həm sevinir, həm də kədərlənirdilər.

Paytaxtin 162 saylı tam orta məktəbində də son zəng çalınıb. Məktəbin direktor əvəzi Nərgiz Ələkbərova məzunlara uğurlar arzulayıb. Məktəblilərin hazırladığı rəqs proqlarımı da maraqla izlənilib.

Çingiz Quliyev adına Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbində də  müəllim və şagird kollektivi son zəngi qeyd etmək üçün bir araya gəliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti