Xəzər Xəbər

24 yaşlı dələduz investisiya adı altında insanların 228 min manatını necə mənimsədi? - TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 20:30 • 14 İyun 2024
24 yaşlı dələduz investisiya adı altında insanların 228 min manatını necə mənimsədi? - TƏFƏRRÜATLAR

İnvestisiya, yatırım adı altında vətəndaşların 228 min manatı və qızıl-zinət əşyaları ələ keçirilib.

Xezerxeber.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talamaqda şübhəli bilinən 24 yaşlı Cavid Mustafayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, "Instagram"da müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, heç bir iqtisadi əsasları olmayan vədlər verib.

Cavid Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb. Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Məhkəmənin qərarı ilə Cavid Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 

Zərdabda rayonunda isə dələduzluğa görə axtarışda olan Bərdə sakini Səbri Abdullayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.

Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar