Xəzər Xəbər

Balakəndə ildırım ev sahibinə minlərlə manat ZİYAN VURDU VİDEO

Veb TV | 20:25 • 14 İyun 2024
Balakəndə ildırım ev sahibinə minlərlə manat ZİYAN VURDU

Divar və pəncərələr zədələnib, elektrik sistemi isə sıradan çıxıb...

Xezerxeber.az xəbər verir ki, Balakəndə ildırım vuran evin divarları bu vəziyyətə düşüb.

Rayonun Xalatala kəndində Ruslan Maçanova məxsus evə düşən ildırım elektrik sistemini tamamilə sıradan çıxarıb, divarın isə bir hissəsi uçub.

Evdə qısa müddətli yanğın baş versədə sakinlərin çevikliyi nəticəsində alovların yayılmasının qarşısı alınıb. 140 kvadrat metrilik evin yataq və hamam otağına  ziyan dəyib.

Xoşbəxtlikdən ev sakinlərindən heç kim xəsarət almayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar