Xəzər Xəbər

Balaxanıda aparılan tikinti işləri evləri qəzalı vəziyyətə salıb - İDDİALARA CAVAB VİDEO

Veb TV | 21:50 • 13 İyun 2024
Balaxanıda aparılan tikinti işləri evləri qəzalı vəziyyətə salıb - İDDİALARA CAVAB

Aparılan tikinti işləri 8 evi qəzalı vəziyyətə salıb.

Xezerxeber.az xəbər verir ki, ərazidə yaşayan sakinlər belə bir iddia ilə çıxış ediblər.

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədli küçəsində yaşayan sakinlər iddia edir ki, Balaxanı Beton zavodunun apardığı tikinti və qazma işləri onların evlərinə ziyan vurub.

Vətəndaşların iddiaları ilə bağlı Balaxanı Beton Zavodunun direktor müavini Saqi Mustafayev bildirib ki, vətəndaşların yaşadığı evlərdəki çatlar tikinti aparılmazdan öncə yaranıb.

Direktor müavini Saqi Mustafayev ərazidə aparılan tikinti işlərinin əsas məqsədini də deyib.

Sakinlər üzləşdikləri problemlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar