Xəzər Xəbər

Bakı-Ağstafa-Bakı qatarında yenilik nədən ibarətdir? VİDEO

Veb TV | 21:20 • 12 İyun 2024
Bakı-Ağstafa-Bakı qatarında yenilik nədən ibarətdir?

Bakı-Ağstafa-Bakı dəmiryolu xətti ilə artıq daha konfortlu sürətli qatarlar hərəkət edəcək.

Xezerxeber.az xəbər verir ki, bu istiqamət üzrə hərəkət edən əvvəlki sürətli qatarlar xəttən çıxarılır, əvəzinə daha müasir qatarlar xidmətə buraxılır.

Bundan başqa, artıq Bakı-Ağstafa-Bakı qatarları marşurut boyunca daha iki stansiyada sərnişin düşürüb-mindirəcək.

Yeni istismara verilən qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası ilə təchiz olunan qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur. 

ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, dəmiryolu insfrastrukturunun müasirləşməsi xüsusi proqramla həyata keçirilir. Hazırda şimal istiqamətində bakı-yalama dəmiryolu xətti yenidən qurulur. Növbəti ilin birinci yarımilində burada işlərin sona çatdırılması hədəflənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar